Azərbaycanda bank kassa dövriyyəsi 30% artıb
25 may 2012 14:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2012-ci ilin yanvar-mart aylarında 6,671 mlrd. manat, məxaric hissəsi isə 6,739 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi 2011-ci ilin yanvar-mart aylarına nisbətən 29,4%, məxaric hissəsi isə 32,3% artıb.
Beləliklə, I rübün yekununda bank kassa dövriyyəsində 68 mln. manat həcmində mənfi saldo yaranıb və dövr ərzində 8,4 mln. manat həcmində pul emissiyası həyata keçirilib. Bu göstərici 2011-ci ilin I rübünə nisbətən 5,2 dəfə azalıb.
Bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmalarının payına düşür. Belə ki, bu mənbədən bank kassalarına 4,079 mlrd. manat və ya ümumi mədaxilin 61,2%-i daxil olub. Digər iri mənbələr sırasında 1,349 mlrd. manat həcmində və xüsusi çəkisi 20,2% olan hüquqi şəxslərdən daxilolmalar, 707,7 mln. manat həcmində və xüsusi çəkisi 10,6% olan fiziki şəxslərdən daxilolmaları qeyd etmək olar.
Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 2,404 mlrd. manat və ya 35,7%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 1,982 mlrd. manat və ya 29,4%, bankomatlara pul qoyuluşunun payına 2,069 mlrd. manat və ya 30,7% düşür.

Maliyyə
AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
11:53
18 may 2024
Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var
11:08
18 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024