«AtaSığorta»nın ötən il üzrə auditor hesabatları təsdiq olunub

«AtaSığorta»nın ötən il üzrə auditor hesabatları təsdiq olunub
# 22 iyun 2012 11:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» ASC-nin səhmdarlarının son iclasında şirkətin 2011-ci il üzrə müstəqil auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatları təsdiq olunub.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı iclasda səhmdarlar tərəfindən şirkətin 2011-ci il üzrə fəaliyyətinin yekunları və digər cari məsələlər müzakirə olunara təsdiq edilib.

Qeyd edək ki, təsisçisi «AtaHolding» olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. İcbari Sığorta Bürosunun iştirakçısı olan şirkət sığortanın 22 könüllü və 3 icbari növü üzrə xidmət göstərir. Hazırda şirkətin 2 filialı var. Cari ilin iyunun 1-nə şirkətin nizamnamə kapitalı 5,6 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR