İçərişəhərdə güclü partlayış olub, “Azəriqaz”-ın dörd əməkdaşı yaralanıb - YENİLƏNİB

İçərişəhərdə güclü partlayış olub, “Azəriqaz”-ın dörd əməkdaşı yaralanıb - <font color=red>YENİLƏNİB</font>
# 13 fevral 2012 14:05 (UTC +04:00)
Hadisə bu gün Böyük Qala küçəsi 13/15 ünvanında yerləşən muzeydə qeydə alınıb. Həmin ünvanda “Azəriqaz” QSC-nin əməkdaşları qaz sayğacı quraşdıran zaman anidən partlayış baş verib. Nəticədə “Azəriqaz”ın əməkdaşları – 32 yaşlı Riyad Quliyev, 54 yaşlı Nizami Durmuşov, 27 yaşlı Ceyhun Musayev və 29 yaşlı Kamran Məmmədov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsindən isə APA-ya bildirilib ki, partlayış muzeyin ərazisində baş verməyib, boş sahədə olub: ““Azəriqaz”ın işçiləri burada sayğac quraşdırmayıblar, qaz xətlərini demontaj etmək istəyiblər. Partlayış da bu zaman baş verib. Partlayış nəticəsində “Azəriqaz”ın əməkdaşları yüngül xəsarət alıblar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR