İsveçrənin “Eurovision-2012” təmsilçisi “Sinplus” qrupu: “Bakıda rok-şou təqdim etmək istəyirik” - MÜSAHİBƏ - FOTOSESSİYA

İsveçrənin “Eurovision-2012” təmsilçisi “Sinplus” qrupu: “Bakıda rok-şou təqdim etmək istəyirik” - <font color=red>MÜSAHİBƏ - FOTOSESSİYA </font>
# 02 mart 2012 10:14 (UTC +04:00)
- Sizin üçün Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində təmsil olunmaq hansı anlamı daşıyır?

- Öncədən hamını salamlayırıq. Biz Bakıdakı çıxışımızı səbirsizliklə gözləyirik. Bu, bizim yaradıcılığımızda ən böyük təcrübə olacaq. Çox qürurlanırıq ki, İsveçrəni məhz biz təmsil edəcəyik. Bunu yüksək səviyyədə həyata keçirmək üçün əlimizdən gələni edəcəyik.

- İsveçrə öz adını “Eurovision” tarixinə ilk qalib ölkə kimi qızıl hərflərlə yazıb. Sizcə bu nailiyyət İsveçrənin üzərinə əlavə bir öhdəlik qoyurmu?

- “Eurovision” mahnı müsabiqəsi 1956-cı ildə İsveçrənin italyan hissəsində start alıb. Biz özümüz də o bölgədənik və bizim arzumuz bu müsabiqəni yenidən o yerlərə gətirməkdir. Həmçinin, biz düşünürük ki, İsveçrə keçən il çox böyük uğursuzluğa düçar olub və ölkəmizin yaxşı nəticə göstərməsinin vaxtı yetişib.

- Sizcə, qalib gəlmək üçün hansı üstünlüklərə sahib olmaq lazımdır?

- Bu suala cavab vermək bir qədər çətindir, çünki “Eurovision” yalnız musiqi deyil. Nəticə çıxışdan, şoudan və tamaşaçıların rəyindən asılıdır. Buna baxmayaraq, biz düşünürük ki, ən vacib məsələ tamaşaçılara nəsə yenilik göstərmək və özümüzü necə varıqsa, eləcə aparmaqdır.

- “Sinplus” necə fikirləşir, “Eurovision”da qalibiyyət karyerada hansı uğura gətirib çıxarır?

- Düzünü desək, “Eurovision”un final mərhələsində olmaq bizim üçün artıq böyük bir nailiyyətdir. İsveçrə milli seçimindən əvvəl bizi ölkənin hüdudlarından kənarda heç kim tanımırdı, İndi isə biz məşhur leyblərlə əməkdaşlıq edirik və qarşıda bizim bir çox konsertlərimiz var.

- Bakı səhnəsində siz “Unbreakable” adlı mahnı ilə ölkənizi təmsil edəcəksiniz. Bu ritmik və artıq hamı tərəfindən sevilən mahnı ilə tamaşaçılara hansı mesajı vermək istəyirsiniz?

- Bu mahnı bir çox mahnılarımız kimi bizim düşüncələrimizi əks etdirir. Bu müsbət və universal mesajdır, insanlara sanki “Sən bunu bacararsan” deyir. Biz güclü və eyni zamanda qısa mesaj çatdırmaq istəyirdik. Çox xoşbəxtik ki, bu mahnı insanlar tərəfindən bəyənilib.

- “Eurovision 2012”yə hazırlıq necə gedir? Promo-turlarda hansı ölkələr nəzərdə tutulur?

- Biz təzəcə Şərqi Avropadan qayıtmışıq və bu möhtəşəm idi! Biz minlərlə insanın önündə çıxış etmişik, amma ən əsası biz musiqiçi kimi inkişaf edirik və bu, valehedicidir. Martın 10-da Moldovanın milli finalında çıxış edəcəyik. Bundan sonra isə bizi Amsterdam və Brüsseldə təşkil olunacaq “Eurovision”la bağlı tədbir gözləyir. Bununla yanaşı, başqa tədbirləri də nəzərdən keçiririk. “Unbreakable” mahnısına gəlincə, biz artıq səsyazma və videoklip üzərində işlərimizi bitirmişik, amma hər şey martın ortalarında hazır olacaq. Biz həmçinin müsabiqədəki çıxışımızı da hazırlayırıq və rok-şou təqdim etmək istəyirik. Nəticənin mükəmməl olmasını istəyirik.

- Sizin başqa ölkələrin təmsilçilərindən və mahnılardan xəbəriniz varmı? Müsabiqədə özünüzə hansı yeri proqnozlaşdırırsınız?

- Bəli, bu il hər şey yüksək səviyyədədir, fikrimizcə asan olmayacaq. Müsabiqədə hansı yeri tutacağımıza gəlincə, biz mövhumatçıyıq, ona görə bu barədə nəsə demək istəməzdik.

- Azərbaycanın “Eurovision-2011”dəki qələbəsi barədə nə deyə bilərsiniz? Bu il müsabiqənin keçiriləcəyi Bakı barədə məlumatlısınızmı?

- Biz Eldar və Nigarı Belarusda görmüşük, çox gözəl insanlardır. Düşünürük ki, onların mahnısı həqiqətən də yaxşı idi və insanlar bu mahnıda olan hissləri duydular. Azərbaycanda heç vaxt olmamışıq, amma Bakıda olan insanlar deyirlər ki, ora çox gözəldir.

- Azərbaycana sözünüz varmı? Bəlkə siz “Sinplus” olaraq bizim vasitəmizlə salamlarınızı çatdırasınız?

- Salam millət! Biz sizin tərəflərə gəlməkdən çox şadıq. Bu möhtəşəm şounu təşkil etdiyinizə görə çox sağ olun! Bakıda görüşənədək. Mayda Bakını birgə alovlandıracağıq!
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR