"İpək yolu"nun Azərbaycan ərazisində sərnişindaşıma və yükdaşımanın həcmi artıb

"İpək yolu"nun Azərbaycan ərazisində sərnişindaşıma və yükdaşımanın həcmi artıb
# 17 aprel 2015 10:14 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2015-ci ilin yanvar-fevral ayında "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 9,1 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6% çox yük, 53,8 mln. nəfər və ya 7,9% çox sərnişin daşınıb.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, yüklərin 4,9 mln. tonu və ya 54,1%-i avtomobil nəqliyyatı, 2,8 mln. tonu və ya 31%-i dəmir yolu nəqliyyatı, 1,3 mln. tonu və ya 14,9%-i dəniz nəqliyyatı ilə daşınıb.

Bununla da, yük daşımaları fəaliyyətindən 83,9 mln. manat, sərnişin daşınmasından isə 19,9 mln. manat gəlir əldə olunub və müvafiq olaraq 8,6% və 14,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR