"Medeya. Sekvensiya 001” tamaşasına ictimai baxış keçiriləcək

"Medeya. Sekvensiya 001” tamaşasına ictimai baxış keçiriləcək
# 07 iyul 2016 13:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. YUĞ Dövlət Teatrında “Medeya. Sekvensiya 001” tamaşasına ictimai baxış keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır.

Apokrifik etiraf janrında hazırlanan tamaşada əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edəcək.

Ömrü boyu Medeyanı oynamaq arzusunda olan yaşlı aktrisa, teatrın iş günü olmayan vaxtında - boş teatrda öz arzusunu reallaşdırmaq istəyir. Tamaşa Medeyanı oynamağa cəhd eləyən iki aktrisa arasında olan dialoq üzərində qurulub. “Medeya. Sekvensiya 001” – aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.

Tamaşanın xronometrajı 1 saat 15 dəqiqədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR