Fuad Əlizadə: "9 ay ərzində istehsalatda 32 nəfər həyatını itirib"

Fuad Əlizadə: "9 ay ərzində istehsalatda 32 nəfər həyatını itirib"
# 01 oktyabr 2015 09:01 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin 9 ay ərzində istehsalatda 112 bədbəxt hadisə baş verib.

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib.

F. Əlizadə bildirib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır.

"Baş vermiş bədbəxt hadisələr zamanı 32 nəfər həyatını itirib. İstehsalatda baş vermiş bədbəxt hadisələrin 35%-i tikinti sahəsi baş verib. Əməyin mühafizəsinin pozulması halları da ən çox tikinti sektorunda baş verib", - deyə qurum rəhbəri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR