Azərbaycanın ictimai-siyasi həyatında AMEA, Ağsaqqallar Şurası və gənc alimlərin rolu müzakirə edilib - FOTOSESSİYA - VİDEO

Azərbaycanın ictimai-siyasi həyatında AMEA, Ağsaqqallar Şurası və gənc alimlərin rolu müzakirə edilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 26 may 2015 09:10 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Respublikanın ictimai-siyasi həyatında Azərbaycan Milli Elmlər Akademiyası, Respublika Ağsaqqallar Şurası və gənc alimlərin rolu” mövzusunda toplantı keçirilib.

APA-nın xəbərinə görə, toplantı AMEA və Respublika Ağsaqqallar Şurasının təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, H. Əliyev hər bir problemin həllində daima ağsaqqallarla məsləhətləşib: “Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə Azərbaycanda elm, təhsil, mədəniyyət tərəqqi edib. Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Milli Elmlər Akademiyasında da bir canlanma baş verib. 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbər seçiləndə ölkəmiz müttəfiq respublikaları arasında ən geridə qalmış bir ölkə idi. Heydər Əliyev Azərbaycanı addım-addım irəli apardı. Heydər Əliyev Kremlə getdi. Bu, bizim tariximizdə bir ilkdir. Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Şübhəsiz ki, bu gələcək firavan gələcək olacaq. Allah Heydər Əliyevin ruhunu şad etsin”.

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. İctimai-siyasi həyatda respublika ağsaqqallarının rolu” mövzusunda çıxış edib: “Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, qurucusudur. 1923-cü il mayın 10-da dünyaya gələn bir insan öz ölkəsində əbədilik qazandı. Heydər Əliyev Azərbaycan dövlətini bizlərə miras qoydu. Heydər Əliyev 1969-cu ilin iyununda Azərbaycana rəhbərlik etməyə başlayan zaman deyirdi ki, respublika bu vəziyyətdə qala bilməz. O deyirdi ki, Azərbaycan öz iqtisadiyyatı, öz mədəniyyəti ilə fərqlənməlidir. 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili elan olundu. Gənc nəsil bunları özünün elmi fəaliyyətində, qarşılıqlı münasibətlərində əsas götürməlidir. Bu gün Azərbaycanda əldə olunan nailiyyətlərdə gənclərin də, yaşlı insanların da rolu var. Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev xarakterli siyasət aparmaqla onun yolunu davam etdirir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Heydər Əliyevin adına layiq işlər görür. Azərbaycan dünyanın bütün qitələrinin diqqət mərkəzində olan füsunkar məmləkətdir. Azərbaycanda aparılan quruculuq işləri, ölkəmizdəki sabitlik dünya üçün gözəl bir nümunədir. Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarının açılış mərasiminə çox az vaxt qalıb. Avropa Oyunları idman oyunlarıdır. Lakin onun çox böyük siyasi mənası var. Avropa Oyunları Azərbaycan insanının dünyada tanınması üçün gözəl bir vasitədir. Bu həssas məsələdə gəncliyimizin də qarşısında çox mühüm vəzifə durur. Bu günlərdə düşmənə qarşı, bizi istəməyənlərə qarşı daha diqqətli və həssas olmalıyıq. Çünki Avropa Oyunlarının başlanmasına çox az vaxt qalıb. Mən inanıram ki, bizim uğurumuz dünyada öz əksini tapacaq”.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında Milli Elmlər Akademiyasının rolu” mövzusunda məruzə edib. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov ölkənin ictimai-siyasi həyatında gənc alimlərin rolundan danışıb.

Toplantı davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR