Bank Of Baku

Bakıda inzibati binadan içərisində pul olan seyf oğurlanıb

Bakıda inzibati binadan içərisində pul olan seyf oğurlanıb
# 26 aprel 2018 11:52 (UTC +04:00)

Bakıda inzibati binadan seyf oğurlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə rayon ərazisindəki inzibati binaların birindən 3 ədəd notbuk və içərisində 2275 manat pul olan seyfin oğurlanması barədə müraciət daxil olub.  
         

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilib.   
         

13-cü Polis Bölməsi və Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən  Bakı şəhər sakinləri  Əli Hüseynov və Vüsal Kərimli saxlanılıblar. 
         

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR