Bank Of Baku

Yusif Abdullayev: Azərbaycanla Kamboca arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün potensial var

Yusif Abdullayev

© APA | Yusif Abdullayev

# 12 oktyabr 2026 15:18 (UTC +04:00)

Azərbaycanla Kamboca arasında qeyri-neft-qaz sektoru da daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensial mövcuddur.

“APA-Economics” xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Komboca biznes forumunda çıxışı zamanı Azərbaycan tərəfinin nümayəndəsi Yusif Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan son illərdə əhəmiyyətli transformasiya yolu keçib: “Biz infrastrukturumuzu əhəmiyyətli dərəcədə inkişaf etdirmiş, iqtisadiyyatımızı gücləndirmiş, beynəlxalq investorlar və biznes nümayəndələri üçün yeni imkanlar yaratmışıq. Bu gün Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat, logistika və iqtisadi mərkəz kimi mövqeyini möhkəmləndirir. Eyni zamanda, iqtisadiyyatımızın şaxələndirilməsi, xüsusilə də qeyri-neft-qaz sektorlarının inkişafı istiqamətində fəal iş aparırıq. Hesab edirik ki, Kamboca ilə Azərbaycan arasında bu sahələrdə əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensial mövcuddur”.

“Bugünkü forumda hər iki ölkənin işgüzar dairələrinin nümayiş etdirdiyi güclü marağı xüsusi məmnunluqla qeyd edirik. Azərbaycan tərəfindən tədbirdə təxminən 80 şirkət iştirak edir. Bu şirkətlər ticarət və ixrac, istehsal, tikinti materialları, kənd təsərrüfatı, səhiyyə və turizm də daxil olmaqla, geniş sahələri təmsil edirlər.
Kamboca tərəfindən isə bank və maliyyə xidmətləri, turizm, informasiya-kommunikasiya texnologiyaları (İKT), enerji, daşınmaz əmlak, kənd təsərrüfatı və su təsərrüfatı sahələrini təmsil edən 12 şirkətdən 16 nümayəndəni qəbul etməkdən məmnunuq. Bu müxtəliflik çox ümidvericidir, çünki iki ölkə arasında əməkdaşlıq imkanlarının yalnız bir və ya iki sahə ilə məhdudlaşmadığını göstərir”, - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR