Avropa Şurasının baş katibi Ermənistana işgüzar səfər edəcək

Avropa Şurasının baş katibi Ermənistana işgüzar səfər edəcək
# 12 aprel 2013 11:39 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Aprelin 17-18-də Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Ermənistana işgüzar səfər edəcək. APA-nın AŞ mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, T. Yaqland Ermənistan rəhbərliyi ilə ikitərəfli görüşlər keçirəcək.

Səfər zamanı Ermənistanın AŞ Nazirlər Komitəsinə qarşıdakı sədrliyi ilə bağlı məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, AŞ NK-da sədrlik əlifba sırası ilə ölkədən ölkəyə keçir. Ermənistan mayın 16-dan noyabra qədər sədrlik edəcək. Azərbaycan isə 2014-cü ilin mayından noyabrına qədər sədr olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR