Fövqəladə Hallar Nazirliyi Xəzərdə baş vermiş zəlzələ barədə məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Xəzərdə baş vermiş zəlzələ barədə məlumat yayıb
# 10 yanvar 2014 10:05 (UTC +04:00)

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən yanvarın 10-da saat 04:45-də Siyəzəndən 84 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Episentrdə zəlzələ 4 bal gücündə olub.

Zəlzələ Xudat şəhəri, Xaçmaz, Şabran rayonlarında 3 bala qədər hiss edilib. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR