Bakı-Balakən sərnişin qatarının vaqonları əsaslı təmirdən çıxıb - FOTO

Bakı-Balakən sərnişin qatarının vaqonları əsaslı təmirdən çıxıb - <span style="color: red;">FOTO
# 27 sentyabr 2013 11:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gündən etibarən Bakı-Balakən sərnişin qatarı əsaslı təmirdən çıxmış vaqonlardan ibarət tərkibdə xəttə buraxılacaq.

APA-Economics”in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, vaqonlar Rusiya Federasiyasının Voronej və Ukraynanın Dnepropetrovsk şəhərlərindəki vaqon təmiri zavodlarında əsaslı təmir olunub.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 60 ədəd sərnişin vaqonu təmir müddətinin keçməsi səbəbindən Ukraynaya təmirə göndərilib, bu günə kimi 46 vaqon təmir olunaraq Azərbaycana gətirilib. Eyni zamanda Rusiyanın Voronej şəhərinə göndərilmiş 16 vaqondan 6-sı artıq ölkəmizə gətirilib.

N.Əzməmmədov bildirib ki, hazırda 38-37 saylı Bakı-Tbilisi, 55-56 saylı Bakı-Moskva və 369-370 saylı Bakı-Xarkov sərnişin qatarları bu vaqonlardan tərtib olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR