APA-nın məlumatına görə, İzmir polisi şəhərdə Taksim Gəzinti Parkında baş verən etiraz aksiyalarına dəstək məqsədilə nümayişlər keçirilərkən sosial mediada hökumət əleyhinə çağırışlar edən 38 nəfəri müəyyənləşdirib. Onlardan 25-i saxlanılıb. Hazırda bu şəxslər dindirilir.
Digər 13 nəfərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.