Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib - <span style="color: red;">FOTO
# 25 iyun 2014 10:52 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyinin rəhbərliyi və şəxsi heyəti 26 iyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi və Zərifə Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi Məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR