Yusif Vəzir Çəmənzəminlinin indiyədək məlum olmayan 30-a yaxın məqaləsi tapılıb

Yusif Vəzir Çəmənzəminlinin indiyədək məlum olmayan 30-a yaxın məqaləsi tapılıb
# 01 aprel 2014 12:40 (UTC +04:00)

Bakı-APA. AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəlalə Ana Hümmətli görkəmli Azərbaycan ədibi Yusif Vəzir Çəmənzəminlinin indiyədək məlum olmayan 30-a yaxın məqaləsini aşkar edib.

AMEA M. Füzuli adına Əlyazmalar İnstitutundan APA-ya verilən məlumata görə, həmin məqalələr 1918-1920-ci illərdə Krımın Ağməscid (Simferopol) şəhərində nəşr olunan “Millət” qəzetində dərc edilib.

“Yusif Vəzirov”, “Y.” imzaları ilə çap edilmiş bu məqalələr yazıçının ədəbi irsinin, Azərbaycan-Krım ədəbi əlaqələrinin öyrənilməsi baxımından böyük maraq kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR