Azərbaycanın bəzi rayonlarında yağış yağacaq

Azərbaycanın bəzi rayonlarında yağış yağacaq
# 11 sentyabr 2013 09:43 (UTC +04:00)

Günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, Havanın temperaturunun gecə 15-19, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun hərarəti 21-24 dərəcə olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR