Əli Əhmədov Milli Məclisin üzvü kimi fəaliyyətini rəsmən dayandırıb

Əli Əhmədov Milli Məclisin üzvü kimi fəaliyyətini rəsmən dayandırıb
# 28 oktyabr 2013 14:34 (UTC +04:00)

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, bu, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin dördüncü bəndinə əsasən olan prosedurdur.

A. Təvəkküloğlu xatırladıb ki, bu maddəyə əsasən, dövlət və hökumət orqanlarında vəzifə alan deputat dərhal mandatını itirmiş hesab olunur.

Artıq Ə. Əhmədovun adı Milli Məclisin informasiya bazasında deputatlar siyahısından çıxarılıb. Bununla, Ə. Əhmədovun deputatlıq fəaliyyətinə xitam verilib.

Son rəsmi qərarı isə Mərkəzi Seçki Komissiyası verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR