Yavər Camalov ABŞ-ın Azərbaycandakı hərbi attaşesi ilə görüşüb

Yavər Camalov ABŞ-ın Azərbaycandakı hərbi attaşesi ilə görüşüb
# 07 noyabr 2013 13:45 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Müdafiə sənayesi naziri Yavər Camalov ABŞ Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Kristofer Monahanı qəbul edib. Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Nazir Yavər Camalov hərbi attaşeyə fəaliyyətində uğurlar arzulayıb, Azərbaycanla ABŞ arasındakı ikitərəfli münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirib.

Görüşdə Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə attaşeyə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR