Ünvanlı dövlət sosial yardımının təyini ilin sonuna kimi avtomatlaşdırılacaq - FOTO

Ünvanlı dövlət sosial yardımının təyini ilin sonuna kimi avtomatlaşdırılacaq - <span style="color: red;">FOTO
# 11 fevral 2014 07:02 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir xanım Malena Mardı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə nazir S.Müslümov son illər Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara toxunub.

Onun sözlərinə görə, bu islahatlar nəticəsində ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib. S.Müslümov ölkəmizin artıq yeni iqtisadi inkişaf mərhələyə qədəm qoyduğunu və ölkə rəhbərliyi tərəfindən bu məqsədlə prioritetlərin müəyyən edildiyini, hər bir sahə üzrə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyini vurğulayıb: “Ölkəmizdə sosial yönümlü iqtisadi siyasət həyata keçirildiyindən və hər zaman sosial sahəyə xüsusi önəm verildiyindən bizim də qarşımızda mühüm vəzifələr qoyulub. Başlıca məqsədimiz inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin qurulmasıdır”.

S.Müslümov nazirliyin fəaliyyət sahələri üzrə ciddi islahatların həyata keçiriləcəyini diqqətə çatdırıb: “Nəzərdə tutulan institusional islahatlar və qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində şəffaflığın təmin olunması daha da reallaşacaq, əhaliyə göstərilən xidmətlər daha keyfiyyətli və əlçatan olacaq”. Nazir əmək və əmək haqqı siyasəti, məşğulluq və demoqrafiya, ünvanlı dövlət sosial yardımı, müavinətlər, əlilliyin təyini, müxtəlif sosial xidmətlər sahələrində görüləcək işlər barədə ətraflı məlumat verib. Eyni zamanda nazir ünvanlı dövlət sosial yardımının təyininin avtomatlaşdırılması istiqamətində görülən işlərdən və bu ilin sonuna kimi prosesin yekunlaşdırılmasının qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu deyib.

Öz növbəsində xanım Malena Mard həyata keçiriləcək islahatların onlarda böyük maraq doğurduğunu və təmsil etdiyi qurumun ƏƏSMN ilə əməkdaşlığı daha da gücləndirmək niyyətində olduğunu vurğulayıb.

Görüşdə Avropa İttifaqı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR