Alan Eyr: “İran beynəlxalq öhdəliklərini yerinə yetirsə, ABŞ-ı əsas tərəfdaşı kimi görəcək”

Alan Eyr: “İran beynəlxalq öhdəliklərini yerinə yetirsə, ABŞ-ı əsas tərəfdaşı kimi görəcək”
# 07 sentyabr 2013 09:56 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Biz dəfələrlə İran hökumətinin nüvə məsələsinin dünya ictimaiyyəti ilə qarşılıqlı anlaşma yolu ilə diplomatik həllinə nail olacağına ümid etdiyimizi bildirmişik”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Alan Eyr İranın nüvə məsələsinin Ali Milli Təhlükəsizlik Şurasının tabeçiliyindən alınaraq Xarici İşlər Nazirliyinə verilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ həmçinin İranı müfəssəl tədqiqat apara bilməsi üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq etməsində israrlıdır.

A.Eyr deyib ki, İranda Həsən Ruhaninin iqtidara gəlməsi bu ölkənin nüvə proqramı ilə bağlı dünya ictimaiyyətində yaranmış ciddi narahatlıqları aradan qaldırmaq üçün bir fürsətdir: “Əgər yeni hökumət öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə ciddi yanaşsa və nüvə məsələsinin yeganə vasitə olan sülh yolu ilə həllini istəsə, ABŞ-ı əsas tərəfdaşı kimi görəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR