Azərbaycan teatrının 140 illiyi ilə bağlı teatr bayramı keçiriləcək

Azərbaycan teatrının 140 illiyi ilə bağlı teatr bayramı keçiriləcək
# 19 iyun 2013 11:48 (UTC +04:00)

Bakı. Turan Şakir - APA. İyunun 25-də Heydər Əliyev Sarayında Azərbaycan teatrının yaranmasının 140 illiyi ilə bağlı teatr bayramı keçiriləcək. Bu barədə APA-ya tədbirin rejissoru xalq artisti Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, geniş proqram əsasında hazırlanmış tədbirdə Azərbaycanın bütün teatrlarından aktyor və yaradıcı heyət iştirak edəcək: “Tədbirdə Azərbaycan teatrının yarandığı dövrdən bu günə kimi keçdiyi inkişaf dövrü, qazandıqları, itirdikləri, premyeraları, qastrol səfərləri slayd-şoular, foto şəkillər və səhnəciklər şəklində nümayiş olunacaq. Böyük tamaşa çərçivəsində Azərbaycanın bölgə teatrları ilə yanaşı, şəhər teatrlarının aktyorları kütləvi şəkildə səhnəyə çıxacaq. Tamaşada teatr sənətinin bütün janrlarında dram, musiqili komediya, tragediya və başqa janrlarında səhnəciklər nümayiş olunacaq”. V.Əsədov qeyd edib ki, vaxtı bir neçə dəfə dəyişdirilən bayramın dəqiq tarixi bəlli olduğuna görə, məşqlər artıq başlayıb.

Qeyd edək ki, geniş şəkildə qeyd olunacaq tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR