Milli Qəhrəman Qorxmaz Eyvazova həsr olunmuş sənədli filmin təqdimatı keçirilib - VİDEO

Milli Qəhrəman Qorxmaz Eyvazova həsr olunmuş sənədli filmin təqdimatı keçirilib - <span style="color: red;">VİDEO
# 27 iyun 2014 15:20 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Daxili Qoşunların Nərimanov rayonundakı “N” saylı hərbi hissəsində Milli Qəhrəman Qorxmaz Eyvazova həsr olunmuş, rejissor Yalçın Verdiyevin “Adına yaraşan oğul” sənədli filminin təqdimatını keçirib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Kino Xidməti İdarəsinin rəis müavini Cəmil Xəlilov Milli Qəhrəmanın həyatından və keçdiyi döyüş yolundan danışıb.

O bildirib ki, 1967-ci ildə laçın rayonunda dünyaya gələn Qorxmaz Eyvazov 1988-ci ildə Laçında yaradılan özünümüdafiə dəstəsinə qoşulub. 1992-ci ilin martında Laçın Rayon Polis İdarəsində işə qəbul edilib. Qızartı dağı uğurunda gedən döyüşlər zamanı onun xüsusi fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilib. Q.Eyvazov Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə bölük komandiri təyin edilib. 1994-cü il fevralın 10-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv edən Q.Eyvazov döyüşdə özü də şəhid olub. Prezidentin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Qorxmaz Eyvazovun ailə üzvləri, döyüş yoldaşları öz xatirələrini danışıblar. Sonra sənədli filim təqdim edilib. Tədbirdə Milli Qəhrəmanlar Qorxmaz Eyvazovun, Gültəkin Əsgərovanın, Rasim İbrahimovun və Məzahir Rüstəmovun ailə üzvləri, dostları, Milli Məclisin deputatları və KİV nümayəndələri iştirak ediblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR