Hindistanda torpaq mübahisəsi 10 nəfərin ölümünə səbəb olub

Hindistanda torpaq mübahisəsi 10 nəfərin ölümünə səbəb olub
# 30 yanvar 2014 08:03 (UTC +04:00)

Bakı – APA. Hindistanda torpaq üstündə mübahisə 10 nəfərin ölümü və 12 nəfərin yaralanması ilə nəticələnib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli KİV məlumat yayıb.

Arunaçal-Pradeş ştatının sakinləri Assam ştatının cəngəllikdə yerləşən Çaoldxova qəsəbəsinin sakinlərinə hücum edib. İnsident zamanı odlu silahdan 100 dəfə atəş açılıb.

Münaqişəyə səbəb iki ştatın sərhədində yerləşən meşə massivinin bölüşdürülməməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR