Azərbaycanda "Perinatal ölüm haqqında tibbi şəhadətnamə"nin elektron registri yaradılıb

Azərbaycanda "Perinatal ölüm haqqında tibbi şəhadətnamə"nin elektron registri yaradılıb
# 06 dekabr 2013 15:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron Xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına uyğun olaraq “Perinatal ölüm haqqında tibbi şəhadətnamə”nin elektron registrinin yaradılması məqsədilə yeni proqram modulu yaradılıb. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bu məqsədlə respublika doğuşayardım və yenidoğulmuşun patologiyası şöbələri olan səhiyyə müəssisələrində perinatal ölüm halı zamanı məlumatlar “Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi”nə (VESKS) daxil edildikdən sonra “Perinatal ölüm haqqında tibbi şəhadətnamə” (Forma AZS-106/2) VESKS vasitəsilə 3 nüsxədə çap edilərək, bir nüsxəsi həmin müəssisədə saxlanılmaqla, digər nüsxələrinin Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə və ölmüş uşağın valideyninə verilməsi təmin edilir.

“Perinatal ölüm haqqında tibbi şəhadətnamə” (Forma AZS-106/2) 1 dekabr tarixindən yalnız “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nin müvafiq proqram modulundan çap olunmuş formada qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR