Bərdə sakini silah-sursat satarkən tutulub

Bərdə sakini silah-sursat satarkən tutulub
# 18 dekabr 2013 09:33 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bərdə sakini silah-sursat satarkən tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Qafqaz Bədəlov 1 ədəd “AKSU” markalı silahı, 27 ədəd patronu və 1 ədəd patron darağını satarkən tutulub.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin silah və sursatı Q.Bədəlova verən Tərtər rayon sakini İsa Hüseynov da saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR