İranda daha 4 nəfər edam edilib

İranda daha 4 nəfər edam edilib
# 24 may 2014 18:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Rəzəvi Xorasan vilayətində bir nəfər edam edilib. APA-nın verdiyi məlumata görə, məhbus qəsdən adam öldürməkdə günahlandırılaraq dara çəkilib. Onun ad və soyadı açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 21-də səhər saatlarında icra edilib.

Bundan əlavə, İranın Qərbi Azərbaycan vilayətində üç nəfər edam edilib. Belə ki, 4 nəfər azərbaycanlı və İranın Kirman vilayətinin Ciroft şəhərinin bir sakini barələrindəki ölüm hökmünün icrası üçün mayın 22-də səhər saatlarında Urmiya Mərkəzi Həbsxanasına dar ağacına gətirilib. Onlardan ikisinin qadın olduğu bildirilir. Bunlar Aminə Təvəssün Gülçin Nuri, Faruq Müfəssəri və Yusif Mərrufidir. İranın Kirman vilayətinin Ciroft şəhərinin sakininin ad və soyadınıisə dəqiqləşdirmək mümkün olmayıb. Y.Mərrufi 6 illik həbs həyatından sonra dara çəkilib. Digər üç nəfərdən isə yalnız ikisi asılıb, ancaq onların ad və soyadlarını dəqiqləşdirmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR