Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü məhkəmə zalında həbs edilib

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü məhkəmə zalında həbs edilib
# 18 iyun 2014 14:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol qəzası törətməkdə təqsirləndirilən Emin Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, E. Mikayılov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Emin Mikayılov idarə etdiyi 10 SC 096 dövlət nömrə nişanlı, "Opel" markalı avtomaşını yolun kənarındakı hasara vurub.
Nəticədə E. Mikayılovun sərnişini Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Fəttah Əhmədov hadisə yerində ölüb, sürücü və avtomobildə olan digər sərnişinləri Nizami Əhmədov, Elçin Ələmov və Əlizamin Əhmədzadə isə ağır xəsarətlə 3 saylı Klinik Xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR