«Atəşgah» Sığorta Qrupunun keçirdiyi fotomüsabiqəyə yekun vurulub - FOTO

«Atəşgah» Sığorta Qrupunun keçirdiyi fotomüsabiqəyə yekun vurulub - <span style="color: red;">FOTO
# 18 noyabr 2013 10:01 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Atəşgah» Sığorta Qrupu «Sevək, qoruyaq, arxayın yaşayaq» fotomüsabiqəsini yekunlaşdırıb. Qaliblərin adları iştirakçıların foto işlərindən ibarət sərginin açılışına həsr olunmuş təntənəli tədbir çərçivəsində elan olunub.

«APA-Economics»in məlumatına görə, müsabiqənin yekunlarına əsasən, I yeri Etibar Cəfərov (mükafat - 2 min manat), II yeri Natalya Əbilova (1 min manat), III yeri Kamal Babayev (500 manat) tutub.

Bundan əlavə, 24 nəfərə 100 manat məbləğində həvəsləndirici pul mükafatı verilib.

Fotomüsabiqənin bütün iştirakçılarına sertifikatlar təqdim olunub. Qaliblərin işləri xüsusi kataloqda öz əksini tapıb.


Xatırladaq ki, fotomüsabiqə insan və təbiətin qarşılıqlı əlaqəsinin müxtəlif aspektlərinə, təbiətdən istifadəyə, iqtisadi sahələrin inkişafına və onların ətraf mühitlə qarşılıqlı əlaqələrinə həsr edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR