BMT-nin Azərbaycandakı nümayəndəsi: “BMT insan hüquqlarının qorunması sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır”

BMT-nin Azərbaycandakı nümayəndəsi: “BMT insan hüquqlarının qorunması sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır”
# 09 dekabr 2013 09:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “İnsan haqları bəyannaməsinin qəbul olunmasından xeyli müddət keçməsinə baxmayaraq, Azərbaycan da daxil olmaqla dünyanın digər ölkələrində insan haqları ilə bağlı problemlər qalmaqdadır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan parlamentində İnsan hüquqları ilə bağlı keçirilən tədbirdə BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Antonius Bruk deyib.

O qeyd edib ki, BMT insan hüquqlarının qorunmasının bütün istiqamətləri üzrə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır: “Azərbaycanda bu sahə üzrə monitorinq aparılıb. Azərbaycan tərəfi insan haqları ilə bağlı BMT-nin 158 tövsiyə və təklifini nəzərə alıb, insan haqları ilə bağlı milli hesabat da hazırlanıb. Bu hesabata BMT-nin Cenevrədə keçirilən konfransında da baxılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR