III ixtisas qrupu üzrə qəbul imtahanında 25 abituriyentin nəticəsi ləğv edilib

III ixtisas qrupu üzrə qəbul imtahanında 25 abituriyentin nəticəsi ləğv edilib
# 15 iyul 2013 12:48 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, onlar imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən, imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon keçirməyə cəhd göstərən abituriyentlərdir. 25 abituriyentin hər biri imtahandan xaric olunub və nəticələri ləğv edilib.

TQDK rəsmisi növbəti imtahanlarda iştirak edəcək abituriyentlərə müraciət edib. O qeyd edib ki, imtahan gələn abituriyentdən 2 sənəd gətirmək tələb olunur - şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi: “Abituriyentlər qaydalara zidd hərəkətlərə yol verdikdə, imtahana gətirilməsi qadağan olunan vasitələri, o cümlədən mobil telefon gətirdikdə onlar imtahandan xaric olunacaq, nəticələri ləğv ediləcək”.

Qeyd edək ki, imtahan nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR