Ramil Usubov Argentinanın Azərbaycandakı səfirini qəbul edib

Ramil Usubov Argentinanın Azərbaycandakı səfirini qəbul edib
# 11 dekabr 2013 15:39 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Argentinın Azərbaycandakı səfiri Karlos Dante Rivanı qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir DİN-in funksional vəzifələri, fəaliyyət istiqamətləri və kriminogen durum barədə məlumat verib.

Səfir Azərbaycana gəldiyi ilk gündən burada təhlükəsizliyin yüksək səviyyədə qorunmasının şahidi olduğunu, diplomatik fəaliyyəti müddətində biri-birindən uzaq məsafədə yerləşən iki dövlət və xalqlar arasında əlaqələrin bütün sahələrdə inkişafına səy göstərəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR