Gəncədə yaşayış binasının damında qumbara tapılıb

Gəncədə yaşayış binasının damında qumbara tapılıb
# 22 avqust 2013 15:27 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini yaşadığı evin damında sursat tapıb. Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər Muxtar Hacıyev küçəsinin Xaliq Süleymanov yaşadığı binanın damında su çəninin altında bir ədəd “F-1” əl qumbarası tapdığı barədə polisə müraciət edib.

Əraziyə gələn polis əməkdaşları əl qumbarasını götürüblər.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR