Gəncədə mənzildə partlayış olub - FOTO - VİDEO

Gəncədə mənzildə partlayış olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 noyabr 2013 18:08 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yaşayış evində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə saat 19.30 radələrində şəhərin Atatürk prospekti, 247, 6 ünvanında yerləşən və Gəncə şəhər sakini, 53 yaşlı Əliyev Cavanşira məxsus mənzildə baş verib.

Evdə təmir işləri aparan iki nəfər mənzilin döşəməsinə boya sürtdükdən sonra siqaret çəkiblər. Qapı və pəncərəsi bağlı olan evdə partlayış baş verib.

Hadisə zamanı xəsarət alan olmasa da evə ciddi ziyan dəyib. Hadisənin baş vermə səbəbləri ilə bağlı Gəncə Nizami rayon Polis İdarəsində araşdırma aparılır. Mənzildə təmir işləri aparan iki nəfər Polis Şöbəsinə aparılıb.

Qeyd edək ki, ev sahibi Cavanşir Məmmədov Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinin müdiri vəzifəsində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR