Bakıda sərnişin avtobusu iki piyadanı vuraraq öldürüb

Bakıda sərnişin avtobusu iki piyadanı vuraraq öldürüb
# 06 noyabr 2013 07:17 (UTC +04:00)

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə səhərə yaxın Hövsan yolunda qeydə alınıb.

175 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı marşrut avtobusu yolu keçən iki nəfəri – 1974-cü il təvəllüdlü Təranə Hidayət qızı Cəlilova və 1968-ci il təvəllüdlü Şahnaz Xanış qızı Rəhimovanı vurub. Nəticədə hər iki piyada aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR