Azərbaycan Müdafiə Nazirliyinin idarə rəisi: “Müdafiə sistemində apardığımız islahatlarda NATO təcrübəsindən bəhrələnirik”

Azərbaycan Müdafiə Nazirliyinin idarə rəisi: “Müdafiə sistemində apardığımız islahatlarda NATO təcrübəsindən bəhrələnirik”
# 17 iyun 2014 07:14 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Bakıda davam edən NATO Parlament Assambleyasının (PA) “Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Roth” seminarında Azərbaycan Müdafiə Nazirliyinin Hərbi strategiya və müdafiə planlaşdırılması idarəsinin rəisi, polkovnik Elman Səmədov deyib.

Polkovnik bildirib ki, Azərbaycan hər cür təhlükəyə qarşı hazırlıqlı olmaq üçün güclü müdafiə sisteminə malik olmağı prioritet seçib: “Azərbaycan bu məsələdə də Avropaya inteqrasiya xəttini əsas götürür. Ölkənin müdafiə sistemində aparılan islahatlarda NATO təcrübəsindən bəhrələnirik. Bunu nəzərə alaraq islahatlar aparırıq”.

E. Səmədov Türkiyənin dəstəyindən də danışıb: “İlk illərdən Azərbaycan ordusu məhz Türkiyənin dəstəyi ilə güclü kadr hazırlığı həyata keçirdi. İndi də bundan bəhrələnirik. Azərbaycanın hərbi kadr hazırlığı beynəlxalq sülh əməliyyatlarında hərbi qulluqçularımızın iştirakının təmin edilməsi nəzərə alınmaqla da aparılır. Bu gün Azərbaycan regionda ən böyük hərbi büdcəyə malikdir”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR