Azərbaycan Türkiyə istehsalı olan T-129 ATAK zərbə helikopterinə maraq göstərir - FOTO

Azərbaycan Türkiyə istehsalı olan T-129 ATAK zərbə helikopterinə maraq göstərir - <span style="color: red;">FOTO
# 13 may 2013 10:01 (UTC +04:00)

Bu barədə APA-ya helikopterin istehsalçısı olan TAİ şirkətindən məlumat verilib.

Azərbaycan hərbi nümayəndə heyətinin İstanbulda keçirilmiş İDEF-2013 beynəlxalq müdafiə sərgisi çərçivəsində mayın 7-də helikopterin nümunəvi uçuşlarını izlədiyini deyən şirkət nümayəndələrinin sözlərinə görə, bu helikopter analoqları ilə müqayisədə manevrinə, daşıdığı silah yükünə və müasir avionik sistemlərinə görə üstünlükləri ilə fərqlənir.

Sərgi çərçivəsində ilk gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin və müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyətlərinə TAİ stendində ATAK helikopteri barədə təqdimat keçirilib. Helikopterin imkan və qabiliyyətləri tanıdılıb.

TAİ rəsmiləri Azərbaycan tərəfi ilə görüşdə bəzi təkliflərlə çıxış etdiklərini də bildiriblər. Görüşlərdə Azərbaycanın bu helikopterin istehsalı layihəsində bilavasitə iştirakı da təklif edilib. Şirkət nümayəndələrinin fikrincə, istehsal layihəsində iştirakla Azərbaycan bu helikopterləri daha ucuz qiymətə əldə edə bilər. Eyni zamanda helikopterin bir sıra hissələrinin Azərbaycan müəssisələrində istehsalı həyata keçirilə bilər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR