AMEA Rəyasət Heyəti yeni tələb müəyyənləşdirib

AMEA Rəyasət Heyəti yeni tələb müəyyənləşdirib
# 24 dekabr 2013 09:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Gələn ildən həm Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatları, həm də AMEA-dan kənar elmi struktur təşkilatların qarşısında yeni tələb qoyulacaq.

APA-nın verdiyi məlumata görə, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Texniki Elmləri Bölməsi institut və təşkilatlarının 2013-cü il üçün hesabat iclası çərçivəsində çıxış edən AMEA Rəyasət Heyətinin elmi katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib ki, 2014-cü ildən həm AMEA-nın institut və təşkilatları, həm də AMEA-dan kənar elmi struktur təşkilatlar Elmi Fəaliyyət Planı ortaya qoymalı və bu plan əsasında fəaliyyət göstərməlidirlər.

R.Əliquliyev bu tələbin AMEA Rəyasət Heyətinin mövqeyi olduğunu bildirib. Bu, elmi fəaliyyəti qiymətləndirməyə imkan verəcək və bu qiymətləndirmə sahəsindəki problemləri aradan qaldıracaq. Elmi Fəaliyyət Planında həyata keçirilməsi nəzərdə tutulan elmi-nəzəri, elmi praktik və innovativ, elmi pedaqoji fəaliyyətlər, keçiriləcək konfranslar və elmin populyarlaşdırılması ilə bağlı məqamlar əksini tapmalıdır. Bu istiqamətlərin hər biri üzrə də ayrıca qiymətləndirmə mexanizmi tətbiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR