Azərbaycanda gömrük orqanlarının büdcəyə ödənişləri bir ildə 15% artıb

Azərbaycanda gömrük orqanlarının büdcəyə ödənişləri bir ildə 15% artıb
# 12 may 2014 11:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin aprel ayında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən dövlət büdcəsinə 133 mln 560,5 min manat vəsait köçürülüb.

APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu, ötən ay ilə müqayisədə 0,1% azdır. Ötən ilin aprel ayı ilə müqayisədə isə bu rəqəm 14,9% çox olub.

Belə ki, hesabat ayında DGK-nin xətti ilə büdcəyə köçürülən vəsaitin 22888,1 min. manatı gömrük rüsumu, 103533,37 min. manatı ƏDV, 5720,11 min. manatı aksizlər, 1418,98 min. manatı yol vergisi üzrə ödəmələrin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR