Azad Rəhimov: “Bütün idman qurğuları 2015-ci ilin fevralın 1-də hazır olmalıdır”

Azad Rəhimov: “Bütün idman qurğuları 2015-ci ilin fevralın 1-də hazır olmalıdır”
# 28 aprel 2014 08:43 (UTC +04:00)

Bakı – APA. 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları üçün idman qurğularının tam hazır olacağı vaxt açıqlanıb. Apasport.az saytının xəbərinə görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

O bildirib ki, hər hansı bir gecikmə olmayacaq: “Biz obyektlərin hazırlığını gündəlik izləyirik. Çünki tapşırıq verilib ki, bütün idman qurğuları 2015-ci ilin fevralın 1-də hazır olmalıdır”.

Qeyd edək ki, Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR