“Kapital Bank” yeni lotereya kampaniyasını keçirir

“Kapital Bank” yeni lotereya kampaniyasını keçirir
# 27 sentyabr 2013 11:14 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. “Kapital Bank” ASC oktyabrın 1-dən yeni lotereya kampaniyasına start verir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Ödəmələr hədiyyəli, hər ay qazan bir 50-i!” devizi altında keçirilən kampaniya 2014-cü ilin yanvarın 1-dək davam edəcək.

Məqsəd “Kapital Bank”ın təklif etdiyi müxtəlif növ VİSA kartları vasitəsilə nağdsız ödənişləri stimullaşdırmaqdır. “Kapital Bank”a məxsus “VISA” kartları ilə Azərbaycan ərazisində nağdsız ödəniş aparan bütün fiziki şəxslər bura qatıla bilər.


Şərtlərə görə, lotereyanın keçirildiyi müddətdə hər ay Azərbaycan ərazisindəki ticarət və iaşə obyektlərində, yaxud elektron ticarət şəbəkəsində “Kapital Bank”ın “VISA” ödəniş kartları vasitəsilə minimum 50 manatlıq ödəniş edən hər bir müştəri avtomatik şəkildə lotereyanın iştirakçısı sayılacaq.


Kompüter texnologiyalarının köməyi ilə hər ay üzrə iştirakçılar arasından 100 qalib seçiləcək. Onların kart hesabına 50 manat köçürüləcək. Ay ərzində “Kapital Bank”ın “VISA” ödəniş kartları ilə xərclənmiş hər 50 manat bir uduş şansı deməkdir. Hər bir kart sahibi ay ərzində yalnız bir dəfə qalib seçilə bilər.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR