Bakıda kommunal tipli evdə yanğın olub

Bakıda kommunal tipli evdə yanğın olub
# 15 dekabr 2013 02:36 (UTC +04:00)

Bakı-APA. Bakıda ikimərtəbəli kommunal tipli evdə yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nərimanov rayonunda ikimərtəbəli kommunal tipli evin 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə və hamam otağında lambirdən ibarət tavan 4 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR