İranda qatar qəzasında 2 nəfər ölüb, 35 nəfər yaralanıb - FOTO

İranda qatar qəzasında 2 nəfər ölüb, 35 nəfər yaralanıb - <span style="color: red;">FOTO
# 06 iyun 2014 09:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ötən gecə İranda baş vermiş qatar qəzasında 2 nəfər ölüb, 35 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, hadisə iyunun 5-də Bakı vaxtı ilə 23:00-da İranın Simnan vilayətində olub. Belə ki, saat 17:45-də Tehrandan Məşhədə doğru hərəkət edən sərnişin qatarı Damğan şəhəri yaxınlığındakı Əmrəvan dayanacağına daxil olduğu zaman yanacaq daşıyan yük qatarı ilə toqquşub.

Qatarda ümumilikdə 350 nəfər sərnişin və 40 ekipaj üzvü olub. Yaralılar Damğan şəhərindəki “Vəlayət” xəstəxanasına qaldırılıblar. Hazırda onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. Hər iki lokomotivin sürücüsünün vəziyyətlərinin yaxşı olduğu qeyd edilib. Vaqonlardan bəziləri zədələnib. Qəzanın baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR