Standartlaşdırma və Patent üzrə Dövrə Komitəsi Cəlilabadda şirniyyat sexini bağlayıb

Standartlaşdırma və Patent üzrə Dövrə Komitəsi Cəlilabadda şirniyyat sexini bağlayıb
# 19 may 2013 18:39 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin Lənkəran regional söbəsi Cəlilabad rayonunda şirniyyat sexinin fəaliyyətini dayandırıb.

APA-nın cənub bürosunun məlumatına görə, şöbənin əməkdaşlarının keçirdikləri reyd zamanı rayonun Alar kəndində Cəlal Aləddin oglu Kərimova məxsus sanitar-gigiyenik norma və tələblərə cavab verməyən şirniyyat sexi aşkarlanıb.

Sexdəki məhsulların istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Laboratoriya müayinələri zamanı sexin məhsullarının gigiyenik normalara cavab vermədiyi məlum olub.

Reyd zamanı antisanitar vəziyyətlə yanaşı məhsulların bir neçə gun sonrakı istehsal tarixi ilə qablaşdırıldığı da aşkarlanıb. Nəticədə akt tərtib olunub, sexin qapısı möhürlənməklə fəaliyyəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR