Davosda İran XİN rəhbəri ilə Ketrin Eşton arasında görüş keçirilib

Davosda İran XİN rəhbəri ilə Ketrin Eşton arasında görüş keçirilib
# 24 yanvar 2014 01:32 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ötən gün İsveçrənin Davos şəhərində İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında görüş keçirilib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə tərəflər İranla “altılıq” ölkələri arasında keçirilmiş son nüvə müzakirələri prosesini qiymətləndiriblər. Görüşdə həmçinin İranın nüvə məsələsi ilə bağlı yekun razılaşmanın əldə olunması üçün növbəti nüvə müzakirələrinin tarixinin müəyyənləşdirilməsi ilə əlaqədar da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR