Ombudsman Norveçin Azərbaycandakı səfiri ilə görüşüb

Ombudsman Norveçin Azərbaycandakı səfiri ilə görüşüb
# 03 fevral 2015 14:29 (UTC +04:00)
Bakı. Fərid Mirzəyev – APA. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Norveç Krallığının Azərbaycandakı səfiri Bord İvar Svendseni qəbul edib.
Ombudsman Aparatından APA-ya verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə Ombudsman Norveçə səfərlər etdiyini, sabiq həmkarı ilə insan hüquqları sahəsində sıx əməkdaşlıq əlaqələrinin yaradıldığını söyləyib.

Səfir Azərbaycanda fəaliyyətə başladığı ilk günlərdən dövlət rəsmləri ilə, habelə həssas qruplardan olan qaçqın və məcburi köçkünlərlə görüşdüyünü və onların vəziyyəti ilə maraqlandığını diqqətə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR