Türkiyənin keçmiş nəqliyyat və kommunikasiya naziri: “Mən olsaydım, Vandan İrəvana təyyarə reysinə icazə verməzdim”

Türkiyənin keçmiş nəqliyyat və kommunikasiya naziri: “Mən olsaydım, Vandan İrəvana təyyarə reysinə icazə verməzdim”
# 28 mart 2013 13:23 (UTC +04:00)

Bu sözləri APA-ya açıqlamasında Türkiyənin sabiq nəqliyyat və kommunikasiya naziri, professor Enis Öksüz deyib.

E. Öksüz bildirib ki, kommersiya baxımından Van-İrəvan reysinin əhəmiyyətindən söhbət gedə bilməz, çünki uçuşlar böyük ölçüdə birtərəfli olacaq: “Van-İrəvan reysinin ermənilər üçün siyasi əhəmiyyəti böyükdür. O reys vasitəsilə Vana gələcək olan ermənilər oradakı kilsələrini və məbədlərini ziyarət edərək Türkiyəyə qarşı tarixdə qalmış mifoloji xəyallarını canlandırmağa çalışacaqlar. Van-İrəvan reysinin ermənilərin nöqteyi-nəzərindən mənası bundan ibarətdir. Əgər erməni turistlər Vana gedib oradakı kilsə və məbədlərini ziyarət etmək istəyirlərsə, Ərzuruma, Ankaraya, İstanbula gəlsinlər, buralardan daxili xətlərin təyyarələri və ya avtobusla Vana getsinlər, bunun üçün ayrıca təyyarə reysi açmağa ehtiyac yox idi. Burada başqa bir nöqtəni də vurğulamaq istərdim: əgər Van-İrəvan reysinin açılmasına icazə verilibsə, onda mən də tələb edirəm ki, Ermənistandan didərgin salınmış azərbaycanlı qardaşlarımızın öz tarixi ata-baba yurdlarını istədikləri vaxt görmələri üçün Ermənistan hökuməti də onlara icazə və təminat versin, bu məqsədlə Azərbaycandan və Türkiyədən uçacaq olan təyyarələrin və insanların təhlükəsizliyinə təminat versin. Türkiyə heç bir ticari əhəmiyyəti olmayan Van-İrəvan təyyarə reysinə və bölgəni ziyarət etmək istəyən ermənilərin təhlükəsizliyinə hər cür təminat verirsə, bunun əvəzində tarixi torpaqlarından didərgin düşmüş Azərbaycan və Türkiyə Cümhuriyyəti vətəndaşlarının da öz yurdlarını daimi şəkildə ziyarət etmələrinə icazəni və təminatı Ermənistandan tələb etməlidir. Van-İrəvan aviareysinin ən ədalətli qarşılığı bu olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR