Pakistan prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Pakistan prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
# 12 mart 2015 09:07 (UTC +04:00)

APA-nın məlumatına görə, M. Hüseyn H. Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.


Pakistan prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə gül dəstəsi qoyub.

M. Hüseyn həmçinin Şəhidlər xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

M. Hüseyn Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.


Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Pakistanın və Azərbaycanın dövlət himnləri səslənib. Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR