48 yaşlı Quba rayon sakini bıçaqlanıb

48 yaşlı Quba rayon sakini bıçaqlanıb
# 14 iyul 2015 08:19 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Ötən gün axşam saatlarında Quba rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Amsar kənd sakini, 48 yaşlı Mehdi Əsgərov bıçaq xəsarətləri ilə dərhal Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralıya qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisənin kim tərəfindən törədilməsi və baş vermə səbəbləri Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR