Ermənistan-Azərbaycan sərhədində erməni çoban itkin düşüb

Ermənistan-Azərbaycan sərhədində erməni çoban itkin düşüb
# 06 iyul 2016 09:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində çoban itkin düşüb.

APA-nın “Panorama.am”a istinadən verdiyi məlumata görə, 37 yaşlı Aknaxpur kənd sakininin itkin düşməsi barədə xəbəri Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb.

İyunun 6-da gecə nazirliyin xilasetmə xidmətinə həmin şəxsin qoyunları otarmağa apardığı və geri qayıtmadığı barədə məlumat daxil olub.

Axtarış işləri səhər saat 04:24 radələrində başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR